İspaniya La Liqasında bu il ən çox qol ötürməsi verən futbolçu müəyyənləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. O, bu il 15 məhsuldar ötürmə ilə yadda qalıb. İkinci yeri bu yay "Real"dan ayrılan Anxel di Mariya (14) tutub.
Kriştiano Ronaldo ("Real") və Koke ("Atletiko") isə 13 məhsuldar ötürmə ilə 3-4-cü yerləri bölüşdürüblər.
çap et