525.Az

Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib


 

Fidan Rutte ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Danışıq zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə olunub.

Məlumata görə, Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.

 





08.06.2025    çap et  çap et