525.Az

Ukrayna NATO üzvlüyünə doğru addım atdı


 

Ukrayna NATO üzvlüyünə doğru addım atdı<b style="color:red"></b>

Dekabrın 23-də Ukrayna Ali Radası ölkənin bloklardan kənar statusunu ləğv edən qanuna ilk oxunuşda səs verib.
 
“Media forum” saytının məlumatına görə, qanun layihəsini parlamentin plenar iclasına qatılan 357 deputatdan 303-ü dəstəkləyib.

Belə bir qanunun qəbulu Rusiyanın Ukraynaya təcavüzü, Krım bölgəsinin işğalı və qanunsuz ilhaqı ilə əsaslandırılır. Qanun layihəsinə görə, Rusiyanın mütəmadi hərbi, siyasi, iqtisadı və informasiya basqısı şəraitində Ukraynanın müstəqilliyini, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün daha effektiv təminata ehtiyac var.

Prezident Pyotr Poroşenkonun imzası ilə parlamentə göndərilən layihə Ukraynanın NATO ilə geniş əməkdaşlığını və gələcəkdə bu quruma daxil olmasını hədəfləyir.

 

 





23.12.2014    çap et  çap et