525.Az

Arnautoviç "İnter"dən ayrıldı


 

Arnautoviç "İnter"dən ayrıldı<b style="color:red"></b>

"İnter"lə müqaviləsi başa çatan Marko Arnautoviç komandadan ayrılıb.

QOL.az xəbər verir ki, avstriyalı hücumçu bu barədə özü məlumat verib. 36 yaşlı forvard sosial şəbəkə hesablarındakı paylaşımında Milan təmsilçisi ilə vidalaşıb. 

Qeyd edək ki, "İnter" Marko Arnautoviçi mövsümün əvvəlində "Bolonya"dan transfer etmişdi. Avstriya millisinin üzvü İtaliya klubunda 28 rəsmi matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

 





09.06.2025    çap et  çap et