"Kayserispor"un yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, Superliqa təmsilçisi Markus Gidsol ilə anlaşıb. Bu barədə klub prezidenti Nurettin Açıkalın yerli mətbuata açıqlamasında məlumat verib.
"Arı-qırmızılar" alman mütəxəssislə 2 illik müqavilə barədə razılıq əldə edib. O, bu vəzifədə Sergey Yakiroviçə əvəzləyib
Qeyd edək ki, Markus Gidsol daha əvvəl - 2023-2024 mövsümündə Türkiyədə "Samsunspor"un baş məşqçisi olub.
çap et