525.Az

İsrail "Patriot" HHM sistemlərini Kiyevə verib


 

İsrail "Patriot" HHM sistemlərini Kiyevə verib<b style="color:red"></b>

Ukrayna münaqişəsi zamanı İsrail ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.

Bu barədə 525.az "Report"a istinadən xəbər verir.

“Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”, - diplomat bildirib.

Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

 





09.06.2025    çap et  çap et