525.Az

"Yuventus" onunla yeni müqavilə imzaladı


 

"Yuventus" onunla yeni müqavilə imzaladı<b style="color:red"></b>

"Yuventus"un baş məşqçisi İqor Tudor daha bir il klubda qalacaq. 

QOL.az xəbər verir ki, bu barədə klubun idman direktoru Damien Komolli İtaliya mətbuatına açıqlamasında bildirib. 47 yaşlı mütəxəssislə olan müqavilə növbəti mövsümün sonuna qədər uzadılıb. 

Xorvatiyalı məşqçi "qoca sinyora"ya martda təyin olunmuşdu. O, bu vəzifədə Tyaqo Mottanı əvəzləyib. "Yuventus" mövsümü İtaliya A Seriyasının turnir cədvəlində 70 xalla 4-cü yerdə başa vurub. 

 





10.06.2025    çap et  çap et