525.Az

"Qarabağ"ın qapıçısı millinin heyətindən çıxarıldı


 

"Qarabağ"ın qapıçısı millinin heyətindən çıxarıldı<b style="color:red"></b>


"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinin heyətindən çıxarılıb.

QOL.az xəbər verir ki, bu haqda Polşa mətbuatı məlumat yayıb. Baş məşqçi Mixail Probej bu haqda  qərarı Finlandiyaya qarşı keçiriləcək DÇ-2026-nın bugünkü rəsmi matçından əvvəl verib. 

Görüş üçün yekun 23 nəfərlik heyətə adları salınmayan 3 oyunçu arasında "Qarabağ"lı da var. O, görüşü tribunadan izləməli olacaq.

Milliyə çağırılan digər 3 qapıçısı - Bartoş Mrozek, Lukaş  Skorupski və Martsin Bulka isə matça sifariş olunacaq.

 





10.06.2025    çap et  çap et