525.Az

Ukrayna yanacaqdoldurma məntəqəsinə hücum edib - 1 nəfər ölüb, 4 nəfər yaralanıb


 

Ukrayna yanacaqdoldurma məntəqəsinə hücum edib - <b style="color:red"> 1 nəfər ölüb, 4 nəfər yaralanıb</b>

Ukraynaya məxsus pilotsuz təyyarələrlə Belqorod vilayətində yanacaqdoldurma məntəqəsinə hücum edilib.

525.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Qeyd olunub ki, hücumun həyata keçirildiyi yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb, hadisə yerinə 23 yanğınsöndürən maşın cəlb olunub.

İbrahim Cəfərov

 





10.06.2025    çap et  çap et