525.Az

İran növbəti raket sınağını keçirib


 

İran növbəti raket sınağını keçirib<b style="color:red"></b>

İran hərbi qüvvələri iki ton ağırlığında döyüş başlığı olan raketin uğurlu sınağını keçirib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İranın müdafiə naziri Əziz Nasirzadə bildirib.

"Keçən həftə biz iki ton döyüş başlığı olan raketi uğurla sınaqdan keçirdik. Sınağın nəticələri əladır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, İranın müdafiə potensialının artırılmasında əhəmiyyətli addımdır.

 





11.06.2025    çap et  çap et