525.Az

Aşqabadda “TurkmenTextile Expo-2025” sərgisi işə başlayıb


 

Aşqabadda “TurkmenTextile Expo-2025” sərgisi işə başlayıb<b style="color:red"></b>

Türkmənistanda “TurkmenTextile Expo-2025” beynəlxalq sərgi-yarmarkasının açılışı olub.

525.az yerli mətbuata istinadla xəbər verir ki, ilin bu əsas sənaye hadisəsi dünyanın aparıcı istehsalçılarını, dizaynerlərini və tekstil sənayesinin ekspertlərini bir araya gətirib.

Açılış mərasimində Türkmənistan hökumətinin nümayəndələri, xarici qonaqlar, iri toxuculuq müəssisələrinin rəhbərləri iştirak ediblər. Üç gün ərzində iştirakçılar ən son yeniliklərini nümayiş etdirə, əməkdaşlıq müqavilələri bağlaya və sənayenin inkişaf perspektivlərini müzakirə edə biləcəklər.

Sərgi çərçivəsində milli türkmən geyim kolleksiyaları nümayiş olunub.

Ekoloji cəhətdən təmiz istehsal texnologiyalarının təqdim olunduğu ekotekstil bölməsi ziyarətçilərin xüsusi marağına səbəb olur. Eyni zamanda, konfrans zallarında toxuculuq sənayesinin rəqəmsallaşması ilə bağlı dəyirmi masalar keçirilir.

Sərgi iyunun 13-dək davam edəcək.

Pərvanə Sultanova

 





11.06.2025    çap et  çap et