525.Az

Boksçumuz Şimali Makedoniyada qızıl medal qazandı


 

Boksçumuz Şimali Makedoniyada qızıl medal qazandı<b style="color:red"></b>

Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib. 

525.az xəbər verir ki, Azərbaycan millisi də bu yarışın iştirakçısı olub. 

Yığmamızın üzvü Abbasqulu Şadlinski turnirin qalibi olub. 

O, 75 kq-da mübarizə aparıb və finalda serbiyalı rəqibini üstələyib. 

A.Şadlinski fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  

 





11.06.2025    çap et  çap et