525.Az

Narkotikdən imtina üçün 700 km məsafə qət edəcək


 

Narkotikdən imtina üçün 700 km məsafə qət edəcək<b style="color:red"></b>

Tailandlı narkotikdən asılılıqdan qurtulmaq üçün 700 km məsafəni piyada getmək qərarına gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pia adlı 46 yaşlı kişi bir neçə gün əvvəl yaşadığı Ratçapuri kəndindən çıxıb və Tibetdəki Kaylas dağına üz tutub.

Pia artıq 100 km-dən artıq məsafə qət edib. İllərdir narkotikdən asılı qalan Pia Kaylasdakı müqəddəs Budda məbədini ziyarət etməklə həm ruhunu təmizləməyi, həm də pis vərdişdən uzaq olmağı düşünür.

Qeyd edək ki, o, özü ilə geyim, dərman və az miqdarda qida götürüb. Yol boyu monastırlarda gecələyən Piaya keçdiyi yaşayış məntəqələrinin əhalisi hərtərəfli kömək etməklə yanaşı, mənəvi dəstək də olurlar.

L.Tağıyeva

 





11.06.2025    çap et  çap et