525.Az

Poeziyamızın Nurəngiz Gün itkisi


 

Poeziyamızın Nurəngiz Gün itkisi<b style="color:red"></b>

Azərbaycanın dəyərli ədəbiyyat mədəniyyət xadimi, şairə Nurəngiz Gün dünyadan köçüb.

Mərhumun qızı, millət vəkili Jalə Əliyevanın verdiyi məlumata görə, Nurəngiz  Gün dekabrın 20- keçən gecə uzun müddət əziyyət çəkdiyi bir neçə ağır xəstəlik üzündən vəfat edib. Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Xeyli müddət Azərbaycan teleradiosunda çalışıb, böyük tamaşaçı dinləyici sevgisi qazanıb. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. Onun forma məzmunca müasir şeirləri poeziyamızda özünəməxsus yer tutur.


Mərhum
şairə dekabrın 21- Yasamal qəbiristanlığında dəfn olunub. N.Günün evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, millət vəkilləri, ziyalılar iştirak ediblər.


Anar
, S.Rüstəmxanlı, mərhumun qızı J.Əliyeva başqaları N.Günün ömür yolu, ədəbi bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.


Daha
sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər. Nurəngiz Günün yas mərasimi dekabrın 22- "Təzəpir" məscidində keçirilib.


Mərhum
şairənin əsərlərindən nümunələri, onun xatirəsinə ədəbi irsinə ehtiram əlaməti olaraq, dərc edirik.

 

Nurəngiz GÜN 


Mənə
soyuqdur, günəş

 

Günəş!.. Mənə soyuqdur,

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

...Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!... ...

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

Quş, məkan, şair Vətənə

dair aydın cavab

 

- Hansı quş daha yaxşı?

- Qaranquşdan, bayquşdan,

Darğa qarğadan başqa

Hamısı.

Ən sevgilisi -

mənim nəğmələrimi

"bub-bub" səsiylə titrədən

mənim ana məhbubum

fikirli, boynu bükük Şənəbub!..

- Hansı məkan daha yaxşı?

- Tikansızsa hisarı...

demək olar hamısı.

Ən dadlısı -

O məkan ki,

azadlıq qoxuyur onun

göylərində ab-havası.

Azadlıq havasının... küyü yox,

Özü gəzir təbəssümdə, gözlərdə.

- Hansı şair daha yaxşı?

- Şair doğulubsa, hamısı.

Yaltağından, taxtaürək,

saxtasından savayı!

Ən doğması -

ordensiz-medalsız

bizə qədər gəlib çıxan

Gözləri qəm dəryası

Qoca Şərqin

qoca, müdrik

dərdi füzun Füzulisi!

- Bəs Vətən?

- Köksümün eşq qübbəsinə,

Yaxasına toxunma! Ay uşaq...

Türkün eli böyükdür.

O Vətən ki,

basılmayır Ulusu!

 

Niyə gəldim

 

Nilufərlər solan çağı

Mən bu gölə niyə gəldim?

Niyə axı bura gəldim?

Gəlmişdimsə niyə gəlib,

Niyə getdim?

Ah, bilən yoxdur

bağrım başı nədən belə

bölük-bölük?

Nədən axı qəmgin olur

Könül belə o göl sarı?

Bəs üçün çıxdım getdim

Nilufərlər solan çağı?

 





23.12.2014    çap et  çap et