525.Az

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb


 

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb<b style="color:red"></b>

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

525.az-a bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 13-20-si aralığında baş tutacaq.

 





12.06.2025    çap et  çap et