525.Az

III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq


 

III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq<b style="color:red"></b>

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə baş tutacaq.

525.az-a bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Ən çox medal dəsti (40) üzgüçülük üzrə olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.

Yarışlar 12 idman məkanında keçiriləcək.

Qeyd edəl ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

 





12.06.2025    çap et  çap et