525.Az

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7 %-dən çox ucuzlaşıb


 

“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7 %-dən çox ucuzlaşıb<b style="color:red"></b>

“Boeing” konserninin səhmləri iyunun 12-də ticarət sessiyası zamanı 7 %-dən çox ucuzlaşıb.

525.az "Report"  istinadən xəbər verir ki, bu, Londona uçan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin Əhmədabadda qəzaya uğramasından sonra baş verib.

Yerli vaxtla saat 15:26-ya olan məlumata görə, "Boeing"in səhmləri 7,72 % azalaraq 197,58 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, təyyarə qəzası nəticəsində 133 nəfər həlak olub.

 





12.06.2025    çap et  çap et