525.Az

Ukraynanın və Cənubi Koreyanın Azərbaycandakı səfirləri əməkdaşlığı müzakirə ediblər


 

Ukraynanın və Cənubi Koreyanın Azərbaycandakı səfirləri əməkdaşlığı müzakirə ediblər<b style="color:red"></b>

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ilə Kiyev və Seul arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Y.Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz dəstəyin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etdik", - o bildirib.

Y.Qusev həmçinin həmkarına Cənubi Koreyanın Azərbaycandakı səfiri kimi uğurlar arzulayıb.

 





12.06.2025    çap et  çap et