525.Az

“Qarabağ” yay hazırlığındakı ilk rəqibi müəyyələşdi


 

“Qarabağ” yay hazırlığındakı ilk rəqibi müəyyələşdi<b style="color:red"></b>

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib. 

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qurban Qurbanovun komandası Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" hazırlığını Avstriyada davam etdirəcək.

 





12.06.2025    çap et  çap et