525.Az

Olimpiya çempionunun 2 medalı əlindən alındı


 

Olimpiya çempionunun 2 medalı əlindən alındı<b style="color:red"></b>

Rusiyalı güləşçi Bilal Maxovun 2 medalı əlindən alınıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun antidopinq qaydalarını pozması olub.

Beynəlxalq Dopinq-test Agentliyinin məlumatına görə, Maxov beynəlxalq antidopinq kodeksinin müvafiq maddəsini pozduğuna görə onun 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-ə kimi olan bütün nəticələri ləğv edilib. Bu isə o deməkdir ki, 37 yaşlı güləşçinin 2015-ci ildə Las-Veqasda sərbəst və Yunan-Roma güləşi üzrə qazandığı 2 bürünc medal etibarsız sayılır. 

Qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının qızıl medalçısı olan Maxov 2021-ci ildə Rusiya Antidopinq Agentliyi tərəfindən yarışlardan 4 illik uzaqlaşdırılıb.

L.Tağıyeva

 





12.06.2025    çap et  çap et