Moskva vilayətində şəxsi evlərin birinin yanması 5 uşağın ölümü ilə nəticələnib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, faciə bu gecə Kurovsk qəsəbəsində baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər 1 qadını xilas ediblər. 72 kv.m ərazini əhatə edən yanğın söndürüldükdən sonra isə orada 5 uşağın yanmış cəsədi aşkarlanıb. Onların ən böyüyü 17 yaşında, ən kiçiyi isə 1 aylıqdır.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
L.Tağıyeva
çap et