525.Az

Kiyev daha 1,65 mlrd dolları Moskvaya qaytardı


 

Kiyev daha 1,65 mlrd dolları Moskvaya qaytardı<b style="color:red"></b> Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom”una qaza görə borcundan  1,65 mlrd dollar  qaytarıb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Naftoqaz” –dan bildirilib. 
 
Qeyd edək ki, Rusiyadan Ukraynaya qaz tədarükü Kiyevin borcuna görə iyunun ortasında dayandırılaraq  dekabrda bərpa olunub.  
 
Noyabrda Moskva, Kiyev və Aİ arasında əldə olunan razılaşmaya əsasən, Ukrayna ilin sonunadək borcundan 3,1 mlrd dolları Rusiyaya qaytaracaq.  
 
Qeyd edək ki, “Naftoqaz” bundan əvvəl  “Qazprom”a 1,45 mlrd dollar və dekabra tədarük olunacaq 1 mlrd kubmetr qaza 378 mln dollar məbləğində ilkin ödəniş edib.
 





24.12.2014    çap et  çap et