525.Az

AEBA: İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib


 

AEBA: İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib<b style="color:red"></b>

İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksi İsrailin İrana endirdiyi zərbələr nəticəsində ciddi zədələnib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrail Prezidenti İshak Hersoqla söhbəti zamanı bildirib.

"Natanzdakı obyektə ciddi ziyan dəyib", - R.Qrossi vurğulayıb.

Qeyd edək ki, Qrossi vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırır.

 





13.06.2025    çap et  çap et