|
|
|
|
Paytaxt məktəbliləri beynəlxalq olimpiadalarda 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc) qazanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a bildirilib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub. Onlardan 13 nəfəri qızıl, 23 nəfəri gümüş, 36 nəfəri bürünc medala layiq görülüb.
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfəri qızıl, 3 nəfəri gümüş, 4 nəfəri isə bürünc medalın sahibi olub.
Sevinc Qarayeva