525.Az

İranın Atom Enerjisi Təşkilatı: Tehran atom proqramı üzərində işləri davam etdirəcək


 

İranın Atom Enerjisi Təşkilatı: Tehran atom proqramı üzərində işləri davam etdirəcək<b style="color:red"></b>

İranlı alimlər dinc nüvə proqramı üzərində işləməyə davam edəcəklər.

525.az “Report” a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AAET) nümayəndəsi Bəhruz Kamalvandi bildirib.

"Biz bu yolda ciddi şəkildə irəliləməyə davam edəcəyik", - İran mediası onun sözlərindən sitat gətirir.

Kamalvandi vurğulayıb ki, Tehran atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququndan imtina etmir.

 





13.06.2025    çap et  çap et