525.Az

Fransada ukraynalıları daşıyan avtobus qəzaya uğradı, 4 nəfər öldü


 

Fransada ukraynalıları daşıyan avtobus qəzaya uğradı, <b style="color:red"> 4 nəfər öldü</b>

Fransada ukraynalıları daşıyan avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarta departamentinin rəhbərliyi sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatda qəzanın bu gün günorta saatlarında A81 avtomagistralında, Degre şəhəri yaxınlığında olduğu bildirilir.

Qəza nəticəsində 4 ukraynalının dünyasını dəyişib, 34 nəfər isə yaralanıb. Onların 11-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisədən az sonra əraziyə 49 müxtəlif texnika, 87 xilasedici cəlb olunub. Qəzanın baş vermə səbəbləri, həmçinin, ukraynalıların Le-Mana getmə səbəbləri araşdırılır.

L.Tağıyeva

 





13.06.2025    çap et  çap et