525.Az

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb


 

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb<b style="color:red"></b>

İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 70 nəfər yaralanıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Daha əvvəl İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində 1 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilirdi.

Raket zərbələrinin səbəb olduğu yanğınlar barədə məlumatlardan sonra yanğınsöndürmə qrupları Təl-Əvivə və Ramat Qana göndərilib.

Hava hücumu nəticəsində paytaxt Təl-Əviv ciddi zərər çəkib. Həmçinin Ramat Qanda binalara cidd ziyan dəyib, yanğın səbəbindən bəzi insanları blokadada qalıb.

 





14.06.2025    çap et  çap et