525.Az

Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir


 

Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir<b style="color:red"></b>

Rusiya vətəndaşlarından ibarət qrup Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilir.

Bu barədə 525.az "Report" a istinadən xəbər verir.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

Heyət arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk da var. O, göstərilən şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Qeyd edək ki, dünən yayılan xəbərdə bildirilirdi ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.

 





14.06.2025    çap et  çap et