525.Az

Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub


 

Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub<b style="color:red"></b>

Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub

Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi BRICS-ə rəsmən qoşulduğunu elan edib.

525.az “Report”  a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı Braziliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistandan sonra Vyetnam da BRICS-in tərəfdaş ölkəsinə çevrilir”, - bəyanatda deyilir.

Qeyd edək ki, BRICS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir, Efiopiya və İndoneziyadır. Tərəfdaş ölkələr kateqoriyası 2024-cü ilin oktyabrında Kazanda keçirilən XVI BRICS sammitində təsis edilib.

 





14.06.2025    çap et  çap et