525.Az

Ceyhun Bayramov və Hakan Fidan İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə edib


 

Ceyhun Bayramov və Hakan Fidan İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə edib<b style="color:red"></b>

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

525.azXİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

 





14.06.2025    çap et  çap et