525.Az

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub


 

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

525.az APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Ərdoğan İsrailin İrana hücumlarının qəbuledilməz olduğunu, bu hücumların regional təhlükəsizliyə ciddi ziyan vurduğunu, İsrailin qlobal sabitlik və təhlükəsizliyi təhdid etdiyini bildirib.

Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi hücumlar İranın nüvə proqramı ilə bağlı kompromis axtarışlarına da zərbə vurur.

 





14.06.2025    çap et  çap et