525.Az

Ərdoğan: Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır


 

Ərdoğan: Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır<b style="color:red"></b>

Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd Əl-Şaara ilə telefon danışığı zamanı deyib.

Tərəflər Yaxın Şərqdəki mövcud durumu müzakirə ediblər.

Ərdoğan bildirib ki, İsrailin hücumları region üçün təhlükəlidir.

O, həmçinin əlavə edib ki, hazırkı vəziyyətdə terror təşkilatları və radikal ünsürlərə qarşı daha diqqətli olmaq lazımdır.

 





14.06.2025    çap et  çap et