525.Az

İsrail ordusu: 50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib


 

İsrail ordusu: 50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib<b style="color:red"></b>

Bazar günü gecə 50 İsrail qırıcısı Tehranda İranın nüvə obyektlərinə hücum edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib.

Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib.

 





15.06.2025    çap et  çap et