525.Az

İranın raket hücumları nəticəsində İsraildə 24 nəfər ölüb


 

İranın raket hücumları nəticəsində İsraildə 24 nəfər ölüb<b style="color:red"></b>

İranın son üç gün ərzində İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər ölüb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb:

“Zərərçəkənlər arasında on nəfərin vəziyyəti ağır, 36 nəfər orta dərəcəli xəsarət alıb, 546 nəfərdə yüngül xəsarətlər aşkarlanıb".

D.Gendelman İsrailə ümumilikdə 370-dən çox ballistik raketin atıldığını vurğulayıb.

 





16.06.2025    çap et  çap et