525.Az

Elçin Məsiyev Avropa çempionatının oyununa təyinat aldı


 

Elçin Məsiyev Avropa çempionatının oyununa təyinat aldı<b style="color:red"></b>

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki,  Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Slovakiyanın Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.

 





16.06.2025    çap et  çap et