525.Az

“Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar


 

“Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar<b style="color:red"></b>

“Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

525.az-ın  Report a istinadən verdiyi məlumatına görə, aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa - iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya - iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.

 





16.06.2025    çap et  çap et