525.Az

Qəzzada son 24 saatda 66 nəfər həlak olub


 

Qəzzada son 24 saatda <b style="color:red"> 66 nəfər həlak olub</b>

Son 24 saat ərzində Qəzza zolağında daha 66 nəfər həlak olub.

525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 66 nəfər həyatını itirib, 182 nəfər isə yaralanıb.

Bununla da, İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 5139 nəfər ölüb, 16882 nəfər yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 55 432, yaralıların sayı isə 128 923 nəfərə çatıb.

İbrahim Cəfərov

 





17.06.2025    çap et  çap et