|
|
|
|
2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.
525.az-a Təhsil İdarəsindən bildirilib ki, layihə çərçivəsində 6030 müəllim müvafiq təlimlərdən keçib. Həmçinin şagirdlər arasında “Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.