525.Az

Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib


 

Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib<b style="color:red"></b>

Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq", - D.Peskov qeyd edib.

Onun sözlərinə görə, İrandan rusiyalıların təxliyəsi üzrə iş 24 saat davam edir.

 





17.06.2025    çap et  çap et