525.Az

İsrail Baş nazirinin ofisi: İranın raket zərbələri nəticəsində 640-dan çox yaralı var


 

İsrail Baş nazirinin ofisi: İranın raket zərbələri nəticəsində 640-dan çox yaralı var<b style="color:red"></b>

İranın İsrailə iyunun 13-də başlayan raket hücumları nəticəsində 640-dan çox insan xəsarət alıb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman tərəfindən dərc edilən hesabatda qeyd olunub.

"Mülki itkilər: 24 nəfər həlak olub, 647 nəfərdən çox yaralı var", - sənəddə bildirilib.

Qeyd edək ki, daha əvvəl o, 24 ölü, 592 yaralı olduğunu bildirmişdi.

 





17.06.2025    çap et  çap et