ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın mart ayında İranın nüvə silahı yaratmaq üçün fəal işləmədiyi barədə bəyanatına əhəmiyyət vermədiyini deyib.
525.az xəbər verir ki, bu barədə o, CBS News-un jurnalistinə bildirib.
“Onun [Qabbardın] nə dediyi mənə maraqlı deyil, düşünürəm ki, İran nüvə silahı hazırlamağa çox yaxın idi”, - Tramp söyləyib.
Bu ilin martında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Senatın Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin iclasındakı çıxışında deyib ki, ABŞ kəşfiyyat orqanları İranın nüvə silahı yaratmaq üzərində çalışdığına dair heç bir sübut görmürlər. O, həmçinin iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi 2003-cü ildə dayandırılmış nüvə silahı proqramının bərpasına icazə verməyib. Eyni zamanda, Qabbard ABŞ kəşfiyyatının İranın nüvə sahəsində fəaliyyətini yaxından izlədiyini vurğulayıb.
CNN də bu gün mənbələrə istinadən xəbər verib ki, ABŞ kəşfiyyatı Tehranın öz nüvə silahını yaratmağa fəal cəhd göstərmədiyi qənaətinə gəlib.
Pərvanə Sultanova
çap et