525.Az

Dövlət başçılarının liderliyi ilə əlaqələrimiz  daha da güclənir - Nazir müavini 


 

Dövlət başçılarının liderliyi ilə əlaqələrimiz  daha da güclənir - <b style="color:red"> Nazir müavini </b>

İki ölkə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.

İqtisadi, humanitar Dost və qardaş Türkmənistanla Azərbaycan arasında əlaqələr tarixi kökıərə əsaslanır. İyunun 9-da iki ölkənin diplomatik münasibətlər qurmasının 33-cü ildönümü tamam oldu.

525.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov

“Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, iki ölkə liderlərinin məqsədyönlü siyasətləri nəticəsində əlaqələrimiz  daha da güclənir. İki ölkə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.

İqtisadi, humanitar əlaqələr inkişaf edir. Hökumətlərarası komissiya fəaliyyət göstərir ki, onun  iclaslarının mütamadi keçirilməsi, qərarlarının icrası əlaqələrin daha da irəli aparılmasına  səbəb olacaq.

Nazir müavini deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də  uğurla əməkdaşlıq edir.

Nazir müavini söyləyib ki, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri türk dövlətləri ilə əməkdaşlığı inkişaf etməkdədir. O bildirib ki, iki ölkə humanitar, mədəniyyət sahəsində də əməkdaşlıq edir  Bu il qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Pərvanə Sultanova 

 





18.06.2025    çap et  çap et