525.Az

Daha bir Olimpiya çempionumuz tatamiyə çıxır


 

Daha bir Olimpiya çempionumuz tatamiyə çıxır <b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

525.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.

Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşcaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Xatırladaq ki, daha bir Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) bu turnirdə gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Hələlik cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

 





18.06.2025    çap et  çap et