525.Az

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub


 

Cənubi Koreyadakı sərgidə gənc azərbaycanlı rəssamların əsərləri təqdim olunub<b style="color:red"></b>

Cənubi Koreyada təşkil edilən Beynəlxalq İncəsənət Mübadiləsi sərgisində gənc azərbaycanlı rəssamların rəsmləri təqdim olunub.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Seuldakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Pyonqtek şəhərində keçirilən sərginin mövzusu "Sülh və sakitlik" olub. Tədbir Azərbaycan səfirliyi tərəfindən yerli Beynəlxalq Mübadilə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

 





18.06.2025    çap et  çap et