Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən "Platinum Wolf - 2025" çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir.
525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntəqələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək.
Azərbaycan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam edəcək.