525.Az

Sorğu: Amerikalıların 60 faizi ölkələrinin İran-İsrail münaqişəsinə cəlb olunmasına qarşıdır


 

Sorğu: Amerikalıların 60 faizi ölkələrinin İran-İsrail münaqişəsinə cəlb olunmasına qarşıdır<b style="color:red"></b>

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Vaşinqton İran və İsrail arasındakı münaqişədə iştirak etməməlidir.

525.az "Report" a istinadən xəbər verir k, bunu "YouGov"un sorğusunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 60 faizi ABŞ-nin bu münaqişəyə cəlb olunmasına qarşıdır, 16 faizi əks fikirdədir. Qalan 24 faizi mövqelərini müəyyənləşdirmədiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin əksəriyyəti (56 faizi ) hesab edir ki, ABŞ İranla nüvə proqramı üzrə danışıqlarda iştirak etməlidir.

Araşdırma göstərib ki, amerikalıların təxminən 50 faizi İranı "ABŞ-nin düşməni" hesab edir.

Sorğu göstərib ki, amerikalıların 36 faizi İsraili ABŞ-nin müttəfiqi, 10 faizi İsraili qeyri-səmimi, 6 faizi isə onu düşmən adlandırır, qalanları cavab verməkdə çətinlik çəkiblər.

Təxminən 1,5 min nəfərin iştirak etdiyi sorğu iyunun 13-16-da keçirilib.

 





18.06.2025    çap et  çap et