525.Az

Azərbaycanda daha bir məhbus ölüb


 

Azərbaycanda daha bir məhbus ölüb<b style="color:red"></b>

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.
 
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müalicə Müəssisəsinə müalicə alan, 1960-cı il təvəllüdlü Rahat Abdulla oğlu Abdullayev xəstəlikdən müəssisədə dünyasını dəyişib.

Prokurorluqdan həmçinin bildirilib ki, R. Abdullayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilibmiş.
 
Qeyd edək ki, son vaxtlar məhkumlar arasında xəstəlikdən ölüm halları kəskin artıb. Belə ki, son iki ayda 10-dan çox məhbus xəstəlikdən dünyasını dəyişib.

 





23.11.2012    çap et  çap et