Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı İstanbulda qəbul edəcək.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun “X”dəki səhifəsində yazıb.
O, Ermənistanın baş nazirinin iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcəyini açıqlayıb.
Daha əvvəl Paşinyan Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. "Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib.
çap et