525.Az

FED illik uçot dərəcəsini 4,25-4,5 % səviyyəsində saxlayıb


 

FED illik uçot dərəcəsini 4,25-4,5 % səviyyəsində saxlayıb<b style="color:red"></b>

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, bu diapazon 2024-cü ilin dekabrından qalır.

"İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalıb, lakin yüksək olaraq qalır", - məlumatda deyilir.

FED-in qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. CME birjası tərəfindən hesablanan “FedWatch”in məlumatına görə, məzənnənin saxlanma ehtimalı 99,9 % təşkil edib.

 





18.06.2025    çap et  çap et