525.Az

Bolqarıstan İrandakı diplomatlarını Azərbaycana təxliyə edib


 

Bolqarıstan İrandakı diplomatlarını Azərbaycana təxliyə edib<b style="color:red"></b>

Bolqarıstan öz diplomatlarını İrandan Azərbaycana təxliyə edib.

525.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ölkənin Baş naziri Rosen Jelyazkov bildirib.

Onun sözlərinə görə, İranda 12 bolqar diplomat və onların ailə üzvləri olub.

"Qərar verdik ki, diplomatlarımız İranı tərk etməlidirlər. Bütün bolqarları bunu etməyə təkidlə çağırdıq. Dünən onlar 11 maşınla yola çıxdılar. Alternativlər var idi, onlar Türkiyə vasitəsilə gedə bilərdilər, lakin biz qərar verdik ki, Azərbaycan vasitəsilə, Bakı istiqamətində getməlidirlər. Həmvətənlərimiz indi Bakıdadırlar. Onlar evə quru və hava yolu ilə qayıdacaqlar", - Baş nazir qeyd edib.

 





19.06.2025    çap et  çap et